Vaxt.Az

Rusiya Kluni fondunu qovdu


 

“Arzuolunmaz təşkilat” elan edilib

Rusiya Kluni fondunu qovdu Amerikalı aktyor Corc Kluninin fondu Rusiyada “arzuolunmaz təşkilat” elan edilib. Rusiya hakimiyyətinin tənqid hədəfinə çevrilən ABŞ-ın qeyri-kommersiya təşkilatı olan Kluni Ədalət Fondu ölkədə “fəaliyyəti arzuolunmaz olan təşkilat” elan edilib.

Corc Kluni və həyat yoldaşı, insan haqları üzrə vəkil Amal Kluni (əslən Livanlı) tərəfindən qurulan Kluni Ədalət Fondu, Moskvanı Hollivudda nüfuzdan salmağa yönəlmiş fəaliyyətlər həyata keçirdiyi üçün ölkədə təşkilatın çıxarılmasına qərar verilib. .

Fondun Rusiyanı tərk edənlərə dəstək verdiyi, ölkənin xarici agentlər və qeyri-hökumət təşkilatları ilə bağlı qanunları haqda mənfi imic formalaşdırdığı iddia edilib.

Rusiyanın “arzuolunmaz şəxslər” siyahısına media qurumları və siyasi, mədəni və dini qruplar da daxildir. Moskva bu qrupların ölkənin təhlükəsizliyinə təhdid yaratdığını iddia edir.

 





20.08.2024    çap et  çap et