Ordudan edilən yazılı açıqlamada, “Müdafiə naziri (Yoav Qallant) daha əvvəl hərbi xidmətdən azad edilmiş və hələ də xidmət yaşında olan ehtiyatda olanların əsgər çatışmazlığı səbəbindən xidmətə çağırılması barədə göstəriş verib”.
Açıqlamada bu qərarın nizami və ehtiyat qüvvələrin vəziyyəti və fəaliyyət həcminin dəyərləndirilməsi və ordunun əsgər sayını artırmağı planlaşdırdığı proses çərçivəsində qəbul edildiyi bildirilib.
Açıqlamada ordunun hazırlıqlarını tamamladıqdan sonra ehtiyatda olan hərbçilərdən müraciətlərin qəbuluna başlayacağı, geri dönməyə münasib hesab edilənlərin lazım gəldikdə müxtəlif birliklərə təyin ediləcəyi qeyd edilib.