Vaxt.Az

Asiya-Sakit okean regionunda hərbi anlaşmalar


 

Vaşinqton Seula 3,5 milyardlıq hücum helikopterləri satdı, Avstraliya-İndoneziya saziş imzaladı

Asiya-Sakit okean regionunda hərbi anlaşmalar Birləşmiş Ştatlar Cənubi Koreyaya 36-a qədər “Apache AH-64E” helikopterinin və müvafiq avadanlıqların, o cümlədən raketlərin satışını 3,5 milyard dollarlıq müqavilə ilə təsdiqlədiyini açıqlayıb.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir: “Təklif edilən satış, düşmənləri çəkindirə və regional əməliyyatlarda iştirak edə biləcək etibarlı qüvvə təmin etməklə Koreya Respublikasının cari və gələcək hərbi hücumlara cavab vermək qabiliyyətini artıracaq”. Bəyanatda deyilir ki, satış ABŞ-ın Asiya-Sakit Okean regionunda siyasi sabitlik və iqtisadi tərəqqi üçün güc olan əsas müttəfiqin təhlükəsizliyini artıracaq.

Dövlət Departamenti satışı təsdiqləyib və Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) razılıq bildirişini təsdiq üçün Konqresə təqdim edib. Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi sövdələşmənin əsas podratçılarının “Boeing” və “Lockheed Martin” olacağını bildirib.

Satışı açıqlanması Vaşinqton və Seulun nüvə silahına malik Şimali Koreyanı cilovlamaq məqsədi daşıyan yeni manevrlərlə böyük birgə hərbi təlimə başladığı elan edilib. Minlərlə hərbçi qatıldığı “Ulchi Freedom Shield” təlimi avqustun 29-dək davam edəcək.

***

Bu arada Asiya-Sakit okean regionda digər vacib hadisə baş verib. Avstraliyanın Baş naziri Entoni Albanese ölkəsi ilə İndoneziya arasında mübahisəli bölgədə sabitliyin “həyati sütunu” olacaq yeni müdafiə sazişi imzaladığını açıqlayıb.

İndoneziya prezidenti Prabovo Subianto ilə birlikdə açıqlama verən Albanese, “Bu tarixi müdafiə müqaviləsi ölkəmiz üçün sabitliyin həyati bir elementi olacaq”, – deyib.

 





20.08.2024    çap et  çap et