Rusiya prezidenti Vladimir Putinin müavini Yuri Uşakov “Telegram” vasitəsilə açıqlamasında, “İndiki mərhələdə bu avantüranı nəzərə alaraq, dialoqumuz olmayacaq”, – deyib.
“France-Presse” Agentliyinin verdiyi xəbərə görə, Uşakov, “Hazırda danışıqlar prosesinə girmək tamamilə yersiz olardı”, – deyib.
Ukrayna qüvvələri Rusiyanın Kursk bölgəsinə qəfil hücuma keçərək, İkinci Dünya müharibəsindən sonra Rusiyaya ən böyük işğalı həyata keçirib.
Ukrayna Baş Qərargahı ötən həftə verdiyi açıqlamada, qüvvələrinin Rusiyanın cənubunda Kurska doğru irəliləməyə davam etdiyini bildirib. Kiyev deyir ki, Ukrayna qüvvələri hələ də irəliləyir və 1500 kvadrat kilometr ərazidə 80-dən çox rayonu nəzarətə götürüb. Rusiya isə bu iddianı rədd edib.
Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətində Rusiya hərbçilərinin bölgədəki döyüş əməliyyatlarını pozmaq cəhdləri çərçivəsində iki körpünü dağıdıb.