Vaxt.Az

Qallantdan Blinkenə qısa və konkret


 

“İsrail Qəzzada müharibənin məqsədlərinə çatmaqda qərarlıdır”

Qallantdan Blinkenə qısa və konkret İsrailin müdafiə naziri Yoav Qallant, ölkəsində səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenə məlumat verib ki, “İsrail müdafiə təşkilatı Qəzzada müharibə məqsədlərinə (girovların qaytarılması və HƏMAS-ın ləğvi) qədər işini davam etdirməkdə qərarlıdır”.

Müdafiə Nazirliyi ofisinin verdiyi açıqlamaya görə, nazir girovların İsrailə qaytarılmasını təmin edəcək çərçivə əldə olunana qədər İsrailin və ABŞ-ın HƏMAS-a siyasi təzyiqinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Son həftələrdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qallantın rəhbərlik etdiyi müdafiə icması arasında girov danışıqları ilə bağlı ictimai fikir ayrılıqları olsa da, Blinken görüşündən sonra açıqlanan mesaj Netanyahunun son mesajı ilə uyğun gəlir.

 





20.08.2024    çap et  çap et