Yarışın qızışdığı bir vaxtda Tramp milyarder iş adamı Maska iş təklif edərək onu dəstəklədiyini bildirib. Qarşı tərəf isə buna dərhal cavab verib. Mask sahib olduğu “X” platformasında Trampa “Mən vəzifəyə hazıram” deyib.
Pensilvaniya ştatında keçirilən seçkiqabağı tədbirində çıxış edən Respublikaçı namizəd Tramp, elektrikli avtomobil alqı-satqısı üçün 7500 dollar vergi endiriminə son qoymağı planlaşdırdığını və “Tesla”nın sahibi, milyarder iş adamı Maskı, müşaviri və ya nazir edə biləcəyini bildirib. Bunun ardınca Mask həmçinin “Effektivlik Nazirliyi” (Department Of Oovernment Efficiency) deyərək şəkli olan bir şəkil paylaşıb. Bu mesaj Maskın Trampın kabinetində nazir olmağa hazırlaşdığı kimi şərh edilib.
Tramp Mask haqqında “O, çox ağıllı adamdır. Bunu etsə, mütləq tədbir görəcəm. O, çox parlaq insandır" deyib.
Keçən həftə Mask sosial media platforması “X”də Donald Trampla keçirdiyi canlı yayımda “Tramp ölkənin rifahı üçün seçkilərdə qalib gəlməlidir” demişdi.
Veriliş zamanı Mask Trampa hökumətin səmərəli fəaliyyəti ilə bağlı prezident komissiyasının yaradılmasını və onun bu komissiyanın rəhbəri təyin olunmasını təklif edib. Tramp bu təklifə “Bunu etmək istərdim” deyərək cavab vermişdi.
Demokratlar Partiyası və prezident Co Baydeni sərt tənqidləri ilə tanınan Elon Mask keçən ay Trampı dəstəklədiyini açıqlamışdı.
Xatırladaq ki, İlon Mask 2016-cı il seçkilərində Hillari Klintonu, 2020-ci ildə isə Co Baydeni dəstəkləyib.