Vaxt.Az

Əfqanıstanda orta əsr qanunları


 

Saqqalsız polisləri qovdular, musiqi alətlərini sındırdılar

Əfqanıstanda orta əsr qanunları Taliban hakimiyyəti təkcə qadınlara deyil, kişilərə də rahatlıq vermir. Əfqanıstan rejim 280-dən çox mühafizəçini saqqal buraxmadığı üçün işdən çıxarıb.

Səlahiyyətlilər ötən il 13 mindən çox adamın “əxlaqsızlıq etdiyi üçün” saxlanıldığını açıqlayıb. Əxlaqsızlığın qarşısının alınması və Əxlaqın Təbliği Nazirliyi rəsmilərin bir il ərzində 21 mindən çox musiqi alətini sındırdığını və bir çox filmin yayımına mane olduğunu bəyan edib.

Taliban tərəfindən tətbiq edilən şəriət qanunlarına görə, qadınlar tamamilə örtülməli, kişilər isə saqqal saxlamalıdırlar.

2021-ci ilin avqustunda yenidən hakimiyyəti ələ keçirən Taliban, qadın və qızların təkbaşına küçəyə çıxması və məktəbə getməsinə də bir çox məhdudiyyətlər qoyub.

 





20.08.2024    çap et  çap et