Batma hadisəsi ərazidə lövbər salmış digər yelkənli qayıqlara heç bir şey olmadığı üçün diqqət çəkib. Batan qayığın dirəyinin qırılmasına səbəb olan vəziyyətin yaxtanın lövbər salması ilə bağlı olduğu bildirilib. Lakin itkin düşən çəxslərin adlar açıqlandıqca suallar da artıb.
***
Həmin 6 nəfər arasında İngiltərənin “Bill Qeyts”i kimi tanınan Mayk Linç və onun 18 yaşlı qızı da var. Linç özünün proqram şirkəti “Autonomy”ni Amerika texnologiya nəhəngi “Hewlett-Packard”a 11 milyard dollara satdıqdan sonra illərdir məhkəmə çəkişməsi ilə mübarizə aparırdı. Onun şirkətə ziyan vurmaqda ittiham olunduğu iş 13 ildir ki, davam etdiyi üçün Linç bir müddət ev dustaqlığında saxlanılıb. İyunda bəraət qazanan Linçin bəraətini qeyd etmək üçün mavi dəniz səyahətinə çıxdığı iddia edilir.
Batan qayıqda itkin düşənlər arasında milyarderin vəkili Kris Morvillo və Amerika investisiya bankı Morgan Stanleyn və beynəlxalq departamentinin rəhbəri Conatan Blumer də var. Linç ilə eyni davada mühakimə olunan ortağı Stiven Çemberlenin qayıqda olduğu gün avtomobilin vurması nəticəsində ölməsi bu itkin adlarla bağlı şübhələri daha da artırıb.
***
Digər diqqət çəkən detal kimi batmış yaxtanın adı önə çıxır. Qayığın Linçin doktorluq dissertasiyasının və proqram təminatı şirkətinin əsasını təşkil edən “Thomas Bayes” nəzəriyyəsindən ilhamlanaraq “The Bayesian” adlandırıldığı düşünülür. Yaxta dənizin 49 metr dərinliyində batıb. Mütəxəssislər qeyd edirlər ki, yelkənli qayığın fırtınada bu qədər dərinliyə batması demək olar ki, mümkün deyil.