Nazirlikdən verilən yazılı açıqlamada Holmsun nazirliyə çağırıldığı və ABŞ jurnalistlərinin Rusiyanın Kursk bölgəsinə icazəsiz girişinin şiddətlə pisləndiyi bildirilib.
Açıqlamada ABŞ muzdlularının da Kurskda olduğuna dair dəlillərin olduğu paylaşılıb və bu vəziyyətin ABŞ-ın Ukrayna müharibəsində birbaşa iştirakını nəzərdə tutduğuna diqqət çəkilib.
“Açıq şəkildə qeyd olunub ki, ölkəmizin sərhədini qanunsuz keçən bütün əcnəbi ekspertlər və muzdlular Rusiya Federasiyası Silahlı Qüvvələri üçün qanuni hərbi hədəfə çevriliblər”, – deyə məlumatda bildirilir.