2019-cu ildə 101 yaşında vəfat edən Linin gündəlikləri ABŞ-ın Kaliforniya ştatında bazar ertəsi başlayan məhkəmə prosesinin mərkəzindədir. Katibin ABŞ-da yaşayan qızı Li Nanyang atasının yazılarını toplayıb kataloqlaşdıraraq, ölkədə Çin tarixinə dair mühüm sənədlərin yer aldığı Stanford Universitetinin Huver İnstitutuna köçürüb.
Linin qızı və nüfuzlu universitet bunun Maonun şəxsi katibinin istəyi olduğunu və yazıların ABŞ-dakı arxivlərdə saxlanması lazım olduğunu iddia edirlər.
Digər tərəfdən, Linin ikinci həyat yoldaşı Janq Yuzhen, 2019-cu ildə açdığı ittihamda gündəliklər üzərində hüquqlarını iddia edib və yazıların ona göndərilməsini tələb etdi.
89 yaşlı Janq Pekində qaldırdığı iddiada ərinin mirasının qanuni varisi olduğunu bildirib. Janq, həmçinin gündəliklərdə “həyat yoldaşı ilə yaşadığı özəl hadisələrin” olduğunu bildirir və bunların ictimaiyyətlə paylaşılmasını istəmədiyini bildirir.
Pekin məhkəməsi Jangı haqlı bilib və universitetdən gündəlikləri göndərməyi xahiş edib. Stenford Universiteti öz əks iddiasında Janqın iddiasının etibarsız sayılmasını tələb edir.
Universitetin hüquqşünaslarından Mark Litvack gündəliklərin Çinə göndəriləcəyi təqdirdə senzuraya məruz qalacağını müdafiə edir və deyir:
Gündəliklər Çinə göndərilərsə, qadağan olunacaq. Çində partiya liderlərinin tənqidinə icazə verməklə bağlı hər hansı təcrübə yoxdur.
Stanford məktəbin Linin gündəliklərinin qanuni varisi adının verilməsini istəyir.
1937-ci ildə ÇKP-yə daxil olan Li Rui bir müddət Maonun şəxsi katibi olub və 1959-cu ildə liderlə fikir ayrılığı nəticəsində partiyadan xaric edilib. Təxminən 20 il müxtəlif düşərgələrdə və həbsxanalarda saxlanılan Li 1976-cı ildə Maonun ölümündən sonra yenidən ÇKP-yə qoşulub.