Qoyun, keçi, iribuynuzlu mal-qara və inəklərdə “mavi dil xəstəliyi” kimi tanınan virusla əlaqəli xəstəlikdən 500-dən çox fermanın zərər gördüyü deyilir. Lakin ümumilikdə neçə heyvanın tələf olduğu hələlik məlum deyil.
Ümumilikdə 874 qoyun, keçi, inək və iribuynuzlu heyvanın xəstəliyin daşıyıcısı olduğu bilinir, onlardan 544-ü flamanddilli bölgədədir. Xəstəlik xüsusilə qoyunlar arasında yayılır və bu növlər arasında ölüm halları baş verir.
Virus insanlara sirayət etmir.
Xəstəliyə yoluxmuş heyvanların dilini göy rəngə çevirdiyi üçün belə adlandırılan xəstəliyə ağcaqanadlar səbəb olur.
Heyvanlarda yüksək hərarət, iştahasızlıq, oynaq ağrıları, doğuş və tənəffüs problemlərinə səbəb ola bilər.