Vaxt.Az

Su nasosunda qısaqapanma təhlükəsi


 

BMW ABŞ-da 720 mindən çox avtomobili geri çağırır

Su nasosunda qısaqapanma təhlükəsi Alman avtomobil istehsalçısı BMW-nin qısaqapanma səbəbilə 720 min 796 avtomobili geri çağırdığı bildirilib. ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) açıqlamasında bu addımın 2012-2018 model avtomobillərə tətbiq olunacağı bildirilib.

Açıqlamada bu avtomobillərdə su nasosunda düzgün bağlanmayan elektrik birləşmə hissəsinin suya məruz qalaraq qısaqapanmaya səbəb ola biləcəyi və qısaqapanmanın yanğın riskini artırdığı bildirilib.

Açıqlamada dilerlərin 720 min 796 avtomobildə su nasosunu və fiş konnektorunu pulsuz yoxlayacaqları, lazım gələrsə dəyişdirəcəkləri və qoruyucu sipər quraşdıracaqları bildirilib.

Açıqlamada qeyd edilib ki, oktyabrın 4-dən geri çağırılan avtomobil sahiblərinə bildiriş göndərilməsi gözlənilir.

Bu ayın əvvəlində BMW, həddindən artıq istiləşməyə və ya nadir hallarda yanğına səbəb ola biləcək mühərrik nasazlığına görə Birləşmiş Ştatlarda 100 mindən çox, keçən həftə Çində isə 1,3 milyondan çox avtomobili geri çağırıb.

 





21.08.2024    çap et  çap et