Vaxt.Az

Çin 11 yeni nüvə reaktoru tikəcək


 

Dünya lideri olmaq üçün daha 36-sı lazımdır

Çin 11 yeni nüvə reaktoru tikəcək Çində 5 fərqli bölgədə 11 yeni nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib. Yerli mətbuatda yer alan xəbərə görə, ölkədə kabinet funksiyasını yerinə yetirən Dövlət Şurası dünənki iclasında şimalda Şandunq, şərqdə Jiangsu və Cjiang, cənubda Quangdong əyalətləri və Quangxi Cuang Muxtar Bölgəsində yeni nüvə reaktorlarının inşasına qərar verib.

İnşa ediləcək 11 yeni reaktorun təxminən 220 milyard yuana (30,85 milyard dollar) başa gələcəyi təxmin edilir.

Dövlətə məxsus Çin Ümumi Nüvə Enerjisi Korporasiyası (CNGP) 6, Çin Milli Nüvə Enerjisi Korporasiyası (CNNC) 3 və Dövlət Enerji İnvestisiya Korporasiyası (SPIC) isə 2 reaktorunun tikintisini həyata keçirəcək.

Çin 2022 və 2023-cü illərdə 10 yeni reaktorun tikintisini təsdiqləmişdi.

Hazırda ölkədə 55 aktiv nüvə reaktoru var ki, bununla da ABŞ və Fransadan sonra ən çox reaktora malik ölkədir.

Çin 2030-cu ilə qədər layihə və ya tikilməkdə olan 36 reaktorun əlavə edilməsi ilə nüvə enerjisi gücündə dünya lideri olmağı hədəfləyir.

 





21.08.2024    çap et  çap et