İran hakimiyyəti institutun “qanunsuz fəaliyyəti və maliyyə pozuntuları” səbəbindən bağlandığını bildirib.
Maraqlıdır ki, bu qərar iyulun 24-də Almaniyada şiə müsəlmanlara məxsus dini mərkəzin bağlanmasından sonra verilib.
Almaniya ölkədəki şiə icmasının mühüm mərkəzlərindən biri olan “Hamburq İslam Mərkəzi”ni və onun filiallarını “antisemitizm” səbəbilə bağladığını açıqlamışdı.
Qadağa qərarından sonra polis 8 ştatda 53 mülkdə axtarış aparıb və bu təşkilatların aktivlərinə həbs qoyub.
***
Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, İnstitutun insanların çətin şəraitdə dil öyrənmək üçün şəxsi səylər göstərdiyi məşhur və tanınmış görüş yeri olduğu və eyni zamanda İran və Almaniyadakı insanlar arasında bağları gücləndirmək məqsədi daşıdığı bildirilib.
Bəyanatda deyilir: “İran təhlükəsizlik orqanlarının Tehran Alman Dili İnstitutuna qarşı hərəkətini pisləyirik. Buna heç bir şəkildə haqq qazandırmaq olmaz”.
Bəyanatda İranın Berlindəki səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığı və “Yeni İran hökumətini təhsilin dərhal bərpasına icazə verməyə çağırırıq”, – deyilib.
Bildirilib ki, DSIT 1995-ci ildə Almaniya səfirliyi tərəfindən yaradılıb və A1 səviyyəsindən C2 səviyyələrinə qədər dil kursları təqdim edir.