Səlahiyyətlilər itkin düşənlərin və ya ölənlərin sayını müəyyənləşdirməyin çətin olduğunu və qəzadan sonra çox az adamın xilas ola biləcəyini açıqlayıb.
Qayığın həddən artıq yükləndiyi və Nioki istiqamətinə gedərkən taxta əşyaya səbəbindən batdığı da bildirilib.
Bölgə qubernatoru Jak Nzenza hadisəni təsdiqləyib və çoxlu cəsədin tapıldığını, lakin axtarışların davam etdiyini bildirib: “Dünən dörd cəsəd tapdıq, bu gün isə doqquz aylıq körpə də daxil olmaqla daha 16 cəsəd çıxarılıb”.
Nəhəng Mərkəzi Afrika ölkəsində çay və göl gəzintilərində qayıqlardan geniş istifadə olunsa da, onlar həmişə təhlükəsiz olmur. “Biz hər kəsə daim xatırladırıq ki, gecə saatlarında üzmək qadağandır, çünki bu, çox təhlükəlidir”, – Nzenza dedi.
İyun ayında KDR-də gəminin batması nəticəsində 21-i uşaq olmaqla ən azı 86 nəfər həyatını itirmişdi.