“X”in Venesuelada yenidən aktivləşməsi üçün qanunların əhəmiyyətini vurğulayan Nanez, “Hələ də onlardan məsuliyyət götürmələrini gözləyirik. Əgər Venesuela qanunlarını qəbul edib qanunlara əməl etsələr, platforma yenidən açılacaq”, – deyib.
Nanes bildirib ki, “X” öz öhdəliklərini yerinə yetirməsə, Venesuelada yeni sosial media platformaları işə salına bilər.
Nikolas Maduro avqustun 19-da özəl televiziya proqramına verdiyi açıqlamada amerikalı milyarder İlon Maskı hədəfə alıb, onu Venesuelada faşizmi və zorakılığı təşviq etməkdə ittiham edib.
***
Paytaxt Karakasdakı dövlət nazirlik sarayı Mirafloresdə tərəfdarlarına müraciət edən Maduro “X”-in Venesuelada nifrət və zorakılıq yaydığını iddia edib.
Maduro Milli Telekommunikasiya Komissiyası (CONATEL) ilə danışdığını və “X”in 10 gün müddətinə dövriyyədən çıxarılması üçün lazımi göstərişlər verdiyini bildirib.
***
Venesuela prezidenti Maduro iyulun 28-də ölkəsində keçirilən prezident seçkilərində üçüncü dəfə qalib gəlib. Amerikalı milyarder İlon Mask “seçkilərin saxtalaşdırıldığını” iddia edib.
Maskın ittihamlarına reaksiya verən Maduro, “İlon Mask, döyüş istəyirsən? Mən hazıram. Bolivarın oğluyam, Çavesin oğluyam, səndən qorxmuram, – deyib.
Maduro Venesuelanın əzəli düşməni elan etdiyi Maskı ölkədə zorakılıq törətməkdə ittiham edib.
Mask da ona verdiyi cavabda Maduronu dueldə çağırıb. Əgər Maks qalib gəlsə Madurodan diktaturadan istefa verməsini tələb edəcək. Məğlub olduğu təqdirdə sahibi olduğu “SpaceX” ilə Maduronu pulsuz olaraq Marsa göndərəcəyini bildirib.