Vaxt.Az

“Hakimiyyətdən əl çək!”


 

Venesuela müxalifətindən Maduroya çağırış

“Hakimiyyətdən əl çək!” Venesuelada müxalifət lideri Edmundo Qonzales prezident Nikolas Maduronu “hakimiyyəti sülh yolu ilə tərk etməyə” çağırıb.

İyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzales “X” sosial media platformasında paylaşdığı videoda prezident Nikolas Maduroya səslənərək, “Siz və hökumətiniz bunu etməlisiniz. Kənara çəkilin və dinc keçidə başlamaq üçün indi addımlar atın. Mən millətimizin etibarlı demokratik transformasiyasına başlamaq üçün siyasi dialoqa hazıram”, – deyib.

Maduronu demokratiyaya mane olmaqda günahlandıran Qonzales, “Cənab Maduro, xalq bu qədər sui-istifadə və korrupsiyadan yorulub. Siz hər gün demokratik keçidə mane olursunuz. Venesuelalılar azad olmayan bir ölkənin əziyyətini çəkir”, – deyib.

İyulun 29-da Milli Seçki Şurasının (CNE) Maduronu qalib elan etməsindən sonra Qonzales nəticələri tanımayacaqlarını açıqlayıb və əllərində olan protokollara görə, prezident seçkilərində 67 faizlə qalib gəldiyini iddia edib.

***

Venesuela Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, prezident Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.

Müxalifət koalisiyasının namizədi Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər.

 





21.08.2024    çap et  çap et