Vaxt.Az

... Putin Çeçenistana gedib


 

2011-ci ildən bəri ilk dəfə ...

... Putin Çeçenistana gedib Rusiya prezidenti Vladimir Putin ötən gecə (çərşənbə axşamı) Çeçenistana gəlib. Bu, Kreml rəhbərinin 2011-ci ildən sonra ilk səfəri idi. “France Press” Agentliyinin məlumatına görə, Kadırov “Telegram”da, “Rusiya prezidenti Vladimir Vladimiroviç Putin Çeçenistan Respublikasına gəlib. Bu səfər çərçivəsində hərtərəfli proqram nəzərdə tutulub”, – yazıb.

Rusiya televiziyası vertolyotdan enən və uçuş-enmə zolağında Kadırov və onun müavinləri tərəfindən qarşılanan Putinin görüntülərini yayımlayıb.

“İnsanlar xoşbəxt olacaqlar. Onlar prezidentin respublikaya gəlməsinə çox sevinəcəklər. Bizim üçün bu, həvəsləndirici və enerji verən bir mənbədir”, – deyə Kadırov jurnalistlərə bildirib.

Çeçenistan liderinin sözlərinə görə, Putin səfərinə 2004-cü ildə ekstremist qiyamçılar tərəfindən öldürülənə qədər respublikanın rəhbəri olmuş atası Əhməd Kadırovun məzarını ziyarət etməklə başlayıb.

Putinin Çeçenistana gəlişi Qafqaz regionunda yerləşən Şimali Osetiya respublikasının Beslan şəhərinə səfərindən sonra olub. Putin Beslanda çeçen radikal yaraqlıları tərəfindən 300-dən çox insanın ölümü ilə nəticələnən əməliyyat zamanı girov götürülən məktəbdə olub.

Çeçenistan 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində getdikcə daha radikallaşan və 2015-ci ildə İŞİD-ə tabe olaraq bütün regiona yayılan separatçı üsyan zamanı Rusiya federal qüvvələri ilə iki qanlı toqquşmaya səhnə olub.

Rusiya prezidenti Vladimir Putin 2004-cü ildə Beslan məktəbi mühasirəsinin qurbanlarının dəfn olunduğu Mələklər şəhəri qəbiristanlığına gül qoyub.

Putinin səfəri Ukrayna qüvvələrinin avqustun 6-dan Rusiya sərhəddindəki Kursk bölgəsinə hücuma keçərək onlarla kənd və qəsəbəni ələ keçirdiyi vaxta təsadüf edir.

Çeçen qüvvələri Ukraynanın hücumunu dəf etmək üçün Kurskda yerləşdirilib.

 





21.08.2024    çap et  çap et