İran dövlət televiziyasının məlumatına görə, avtobus Yəzd əyalətinin Dehşir-Teft magistralında aşıb.
Yəzd vilayəti yol polisinin direktoru, polkovnik Hacı Dehabadi bildirib ki, ilkin araşdırmalara görə, qəzaya avtomobilin əyləc sistemindəki nasazlıq səbəb olub.
Bildirilib ki, avtobusda olan 51 pakistanlı İraqın Kərbəla şəhərində keçirilən Ərbəin mərasimlərində iştirak etmək üçün gedirmiş.
10 oktyabr 680-ci ildə (hicri təqvimi ilə 61-ci il məhərrəm ayının 10-u) Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseyn və səhabələrinin Kərbəla şəhərində şəhid olması hər il “Aşura günü”ndə anılır. Aşura günündən 40 gün sonra keçirilən anım tədbirləri “Ərbəin” (qırxıncı gün) mərasimləri adlanır. Builki Ərbəin tədbirləri avqustun 25-də keçiriləcək.