Vaxt.Az

Kurskda Ukrayna ordusuna zərbə


 

Rusiya Müdafiə Nazirliyi kamikadze PUA hücumu nəticəsində 350 əsgərin öldürüldüyünü deyir

Kurskda Ukrayna ordusuna zərbə Avqustun 6-da Ukrayna ordusunun Rusiya ərazisinin Kursk bölgəsinə daxil olması ilə iki ordu arasında başlayan qarşıdurmalar davam edir. Rusiya Müdafiə Nazirliyi “Air S-300” də daxil olmaqla bir çox hərbi texnikanın və Kursk bölgəsində Ukrayna əsgərlərinin zərərsizləşdirilməsinin videolarını paylaşıb. Rusiya silahlı qüvvələri “Lancet” kamikadze PUA-larından istifadə edərək Kursk vilayətində Ukrayna hərbi karvanına hücum edib.

***

Rusiya Müdafiə Nazirliyi hücumla bağlı bəyanat yayıb: “Ukrayna ordusunun son 24 saat ərzində itkiləri 350 əsgər və 25 texnika, o cümlədən dörd tank, bir piyada döyüş maşını, iki zirehli transportyor, 18 zirehli döyüş maşını, səkkiz motorlu nəqliyyat vasitəsi, iki minaatan və bir elektron döyüş mərkəzi olub”.

“Kursk vilayətində hərbi əməliyyatlar başlayandan bəri Ukrayna odusunun itkiləri 4130-dan çox əsgər, 58 tank, 27 piyada döyüş maşını, 50 zirehli personal daşıyıcısı, 299 zirehli döyüş maşını, 131 motorlu nəqliyyat vasitəsi, 27 artilleriya silahı, beş SAM atıcısı, HIMARS sistemləri və biri MLRS sistemi olmaqla yeddi MLRS buraxılış qurğusu, altı elektron döyüş stansiyası, iki maneə əleyhinə maşın və bir UR-77 mina təmizləmə maşını da daxil olmaqla dörd mühəndis maşını zərərsizləşdirilib”, ­ – deyə Eusiya Müdafiə Nazirlyinin açıqlamasında deyilir.

***

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə həmsərhəd olan Belqorod, Kursk və Bryansk rayonlarında 3 yeni hərbi hissə yaradıldığını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, sərhəd bölgələrini qorumaq üçün Belqorod, Kursk və Bryanskda 3 hərbi hissə yaradılıb. Rusiyanın müdafiə naziri Andrey Belousov sərhədyanı rayonların hərbi təhlükəsizliyi üzrə koordinasiya şurasının iclasında 3 rayonun administratorları, 3 bölmənin komandirləri və nazirlikdəki məsul şəxslərlə 24 saat birbaşa əlaqənin təmin edildiyini bildirib.

Koordinasiya Şurasının hər tapşırığı üçün gündəlik icradan məsul vəzifəli şəxsin müəyyən edildiyinə diqqət çəkən Belousov, “Əgər problemi öz səviyyəsində həll etmək mümkün olmasa, məsələ şəxsən mənə çatdırılacaq və mən də bu məsələni həll edəcəyəm”, – deyib.

Belousov həmçinin bildirib ki, Rusiya Baş Qərargahının nümayəndəsi və Belqorod, Kursk və Bryansk hərbi hissələrinin komandirləri bölgədə və bölgələrdə yaşayan vətəndaşların pilotsuz uçuş aparatlarından və digər hücum maşınlarından qorunmasına cavabdehdirlər.

 





21.08.2024    çap et  çap et