Vaxt.Az

“Cavabımız qurudan da ola bilər”


 

“İsrailin ən az ehtimal edəcəyi vaxt və şərtlər daxilində olacaq”

“Cavabımız qurudan da ola bilər” İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyi bəyan edib ki, “HƏMAS” lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Tehranın İsrailə gözlənilməz və təəssüf doğuracaq cavabımız qurudan da ola bilər.

İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Tehranın BMT-dəki Daimi Nümayəndəliyi “İran Qəzzada atəşkəs danışıqlarının nəticəsi bəlli olana qədər İsrailə cavabını qəsdən təxirə salıbmı?” sualına aşağıdakı cavabı verib.

Nümayəndəliyin yaydığı bəyanatda, “İranın cavabının iki aşkar nəticəsi olmalıdır. Birincisi, təcavüzkar terrorizm və İranın milli suverenliyinin pozulmasına görə cəzalandırmalıdır. İkincisi, İranın çəkindirici gücünü gücləndirməli və gələcəkdə İsrail tərəfindən istənilən hücumun qarşısını almalıdır. O, peşman olmalıdır”, – deyilir.

Açıqlamada, İranın cavabının mümkün atəşkəsə mənfi təsir etməməkdən ibarət olduğu ifadə edilərək, “İranın cavabı, yəqin ki, İsrailin ən az ehtimal edəcəyi vaxt və şərtlər daxilində olacaq. Onların gözləri göydə və radar ekranında olduğu üçün yerüstü hücum və ya hər ikisi ilə ardıcıl hücum ola bilər”,  – deyilir.

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Əli Fedevi dünən verdiyi açıqlamada “Haniyənin qisasının nə vaxt və necə alınacağını müəyyənləşdirəcəyik və bu, mütləq baş verəcək” deyib.

SEPAH sözçüsü Əli Məhəmməd isə, “zaman bizim xeyrimizədir. Düşmən vurulma vaxtını gözləsin”, – deyib.

 





21.08.2024    çap et  çap et