Səlahiyyətlilər hadisənin elektrik cərəyanı nəticəsində çıxan yanğın səbəbindən baş verdiyini bildiriblər. Partlayış nəticəsində azı 7 nəfərin öldüyü, 30 nəfərin yaralandığı açıqlanıb.
Partlayışın fabrikdə nahar fasiləsinə təsadüf etdiyi üçün daha böyük fəlakətin qarşısı alındığı vurğulanıb. Yaralılar xəstəxanaya aparılarkən yaxınlıqdakı ərazilərdən onlarla yanğınsöndürən maşını yanğını söndürmək üçün hadisə yerinə hərəkət edib.
Əraziyə yayılan qatı tüstü səbəbdən xilasetmə işlərində problemlər yarandığı bildirilib.
Bildirilib ki, fabrikdə mindən çox işçi çalışır.