Avqustun 14-də Madeyra adasında başlayan və hələ də nəzarət altına alınmayan yanğınlar xüsusilə adanın cənub sahillərindəki Camara de Lobos və Ponta do Sol və dağlıq Piko Ruivo bölgəsində təhlükə yaradır.
Avropa Meşə Yanğınları Bildiriş Sisteminin məlumatlarına görə, yanğınlar indiyədək 5 min hektardan çox əraziyə təsir edib.
Yanğınla mübarizədə yetərsiz olduğu üçün həm birliklər, həm də müxalifət partiyaları tərəfindən sərt tənqidlərə məruz qalan Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyi (ANEPC) bölgəyə əlavə 60 nəfərlik qüvvə göndərib.
Portuqaliya mətbuatında çıxan xəbərlərə görə, Madeyrada yanğınla mübarizədə 400-dən çox yanğınsöndürən və 120 meşə polisi, həmçinin 200-ə yaxın mülki müdafiə işçisi, 40 maşın və bir təyyarə çalışır.
Madeyra muxtar hökumətinin başçısı Miguel Albuquerque, yanğının girişi çətin olan ərazilərdə və yaşayış yerlərindən kənarda davam etdiyini ifadə edərək, “Əhali, evlər və ya infrastruktur üçün heç bir təhlükə yoxdur. İndiyə qədər edilən müdaxilə doğrudur”, – deyib.
Gələn turistlərin çoxu yanğın səbəbindən adanı tərk edib.