Vaxt.Az
Alpinistlər dırmaşarkən vulkan püskürüb
2,4 kilometr hündürlüyə kül və tüstü səpib
İndoneziyanın Halmahera adasının şimalında alpinistlər aktiv Dukono vulkanının zirvəsinə qalxarkən partlayış baş verib. Avqustun 17-də baş verən hadisə zamanı ətrafa səpələnmiş krater parçaları görünüb və qorxulu anlar yaşayan alpinistlər olduqları ərazidən qaçıblar. Partlayış nəticəsində vulkan təxminən 2,4 kilometr hündürlüyə kül və tüstü səpib. Partlayışdan sonra səmanı nəhəng tüstü buludu bürüdü. Yerli mənbələrin məlumatına görə, alpinistlər xəsarət almadan xilas olublar.Hadisə anının görüntülərini lentə alan Anak Esa
açıqlamasında deyib: “Dukononun vulkanik fəaliyyəti o qədər yüksək idi ki,
kraterdən parçalar səpələnmişdi. Zirvəyə qalxmazdan əvvəl küləyin istiqamətini,
partlayışın nə qədər güclü olduğunu və digər amilləri müşahidə etməliyik. Şəraitlər
uyğun olmayanda zirvəyə qalxmağa çalışmayın”.
Dukono vulkanı 1993-cü ildən bəri kül və tüstü püskürür.
21.08.2024 çap et