Vaxt.Az
Nigeriyada daşqınlar dayanmır
Sel nəticəsində 28 nəfər həlak olub
Nigeriyanın Bauçi əyalətində həddindən artıq yağışın səbəb olduğu daşqınlarda 28 nəfər ölüb. Milli mətbuatda yer alan xəbərə görə, günlərdir dayanmadan davam edən yağış Bauçi əyalətinin Qamava bölgəsindəki kəndlərdə daşqınlara səbəb olub.Daşqınlarda ölənlərlə yanaşı, çoxlu sayda insan yaralanıb. Təxminən
100 nəfər evlərini tərk edib.
Ötən həftə tropik iqlim zonasında olan Nigeriyanın Jiqava əyalətində
daşqınlar nəticəsində 30 nəfər həlak olub.
Nigeriyanın Meliorasiya Nazirliyi ölkənin bəzi bölgələrində
güclü yağış və daşqınlarla bağlı xəbərdarlıq edib.
22.08.2024 çap et