Maduro, ölkədəki ifrat sağçı müxalifətin tələbləri istiqamətində illərdir Venesuelaya birtərəfli sanksiyaların tətbiq edildiyini, lakin hər şeyə baxmayaraq, ölkə iqtisadiyyatının böyüməyə davam etdiyini bildirib.
İqtisadiyyatı daha da gücləndirmək üçün yeni paketlər açıqlayacaqlarını ifadə edən Maduro, “Hökumət ölkənin hər küncündə xalqın yanında olacaq. İmperialist hücumların vurduğu zərərin aradan qaldırılması üçün təsirli layihələr dəstəklənəcək. Ölkənin qaynaqları bu sahədə insanların ehtiyacları üçün istifadə olunacaq.”. Maduro avqustun 25-də Milli Referendum keçirəcəklərini və inqilabi layihələri ictimaiyyətin iştirakı ilə venesuelalıların seçiminə təqdim edəcəklərini bildirib.
Konstitusiyada nəzərdə tutulan iştirakçı demokratiyaya önəm verdiklərini vurğulayan Maduro, “Hər kəsi 25 avqustda keçiriləcək referendumda iştiraka dəvət edirəm. Xüsusilə gənclərin seçkilərə getmələrini və ölkənin inkişafına dəstək verəcək layihələrə səs vermələrini istəyirəm”.
Maduro yerli rəsmilərlə birlikdə fermerlərə baş çəkib və kəndlilərin əkinlərini yaxından araşdırıb.
Venesuela Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, prezident Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib. Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər.