Vaxt.Az

“Starbucks”ı riyakarlıqda günahlandırılır


 

Yeni CEO-nun şirkət təyyarəsində işə getməsi ekoloqların etirazına səbəb olub

“Starbucks”ı riyakarlıqda günahlandırılır İki rüb ərzində gəlirlərinin azaldığını bildirən qəhvə şəbəkəsi “Starbucks”ın baş icraçı direktoru (CEO) vəzifəsinə təyin edilən Brayan Nikkol, evindən əsas ofisə şirkətin təyyarəsi ilə gedib-gələcəyi açıqlandıqdan sonra tənqid hədəfinə çevrildi.

“The Guardian” xəbər verir ki, “Starbucks”ın iş təklifi məktubunda bildirilirdi ki, Kaliforniyada yaşayan Nikkol evdən işləməyə davam edə bilər, eyni zamanda vəzifədə olduğu müddətdə Vaşinqton əyalətindəki qərargahına da gəlməlidir.

Məktubda qeyd edilirdi ki, Nikkol şirkətin təyyarəsindən yaşadığı şəhərdən təxminən 1600 kilometr uzaqlıqdakı qərargahına səfərlər üçün istifadə etmək hüququna malik olacaq.

Nikkolun 1600 kilometr məsafədə şəxsi təyyarədən istifadə edəcəyi məlum olduqdan sonra “Starbucks” və onun yeni baş direktoru ekoloqlar tərəfindən tənqid olundu.

Sosial media istifadəçiləri “Starbucks”ın ətraf mühitə dəyən zərəri azaltmaq üçün plastik əvəzinə kağız çöplərdən istifadə etməyə başladığına diqqət çəkərək, Nikkolun şəxsi təyyarə istifadəsini “riyakarlıq” adlandırıblar.

İqlim dəyişikliyinə diqqət yetirən bir şirkətin bu qərarı verməməsi lazım olduğunu bildirən istifadəçilər, “Starbucks”ın fəaliyyətinin ətraf mühitə uyğun olduğu iddialarına aldanmayın”, – açıqlamasını veriblər.

CNBC-yə danışan şirkət sözçüsü, Nikkolun şirkətin hibrid iş siyasətlərinə uyğun olaraq həftədə ən azı üç gün “Starbucks”ın “Seattle”, Vaşinqton ofisindən işləməsinin gözlənildiyini söylədi.

İki rübdür gəlirlərinin azaldığını bildirən qəhvə şəbəkəsi “Starbucks”ın Baş İcraçı Direktoru (CEO) Laxman Narasimhanın istefa verdiyi və yerinə “Chipotle”nin baş icraçı direktoru olan Brayan Nikkolun təyin edildiyi açıqlanıb.

Nikkol yeni vəzifəsinə sentyabrın 9-da başlayacaq.

 





22.08.2024    çap et  çap et