Bu ulduzların impulsları müəyyən fasilələrlə dəyişir və onların böyüməsinə və kiçilməsinə səbəb olur. Nəticədə, onların parlaqlığı da dəyişir, “Polaris”in parlaqlığı 4 günlük dövrədə artır və azalır.
Astronomlar ulduzun impulslarının dövrəsini aşkar edərək və onu həmin vaxt Yerdən görünən parlaqlığı ilə müqayisə edərək onun məsafəsini hesablaya bilərlər. Parlaq ulduzlar daha yavaş yanıb-sönür.
Elm adamları bu məlumatlara əsaslanaraq, “Sefeid” ulduzlarının olduqları qalaktikalara olan məsafəsini də hesablaya bilərlər. Beləliklə, onlar kainatın genişlənmə sürəti haqqında təsəvvür əldə edə bilərlər.
Avqust 20-də ekspert rəyi olan “Astrophysical Journal”da dərc olunan araşdırmanı həyata keçirən komanda üçlü sistemdə olan və hər 30 ildən bir “Polaris” ətrafında dövrünü tamamlayan ulduzun orbitinin xəritəsini çəkməyi hədəfləyib.
“Harvard-Smithsonian” Astrofizika Mərkəzindən Nensi Evansın rəhbərlik etdiyi astronomlar ABŞ-ın Kaliforniya ştatındakı Yüksək Bucaq Rezolyusiyası Astronomiya Mərkəzindəki (CHARA) teleskoplar vasitəsilə “Polaris”i tədqiq ediblər.
Komanda ulduzun ətrafında fırlanan zaman digər ulduzun orbitini müvəffəqiyyətlə izləyib və “Polaris”in impulslarına nisbətdə ölçüsünün dəyişməsini hesablayıb.
Ancaq kütləsi Günəşinkindən təxminən 5 dəfə, diametri 46 dəfə böyük olan ulduzla bağlı ən təəccüblü tapıntı onun səthində gizlənib.
MIRC-X kamerası ilə “Polaris”i təfərrüatlı şəkildə araşdırma fürsəti tapan elm adamları ilk dəfə olaraq “Sefeid” dəyişən ulduzun səthinin necə göründüyünü açıqlayıblar. “Polaris”in səthində böyük ləkələr var idi.
Məqalənin müəlliflərindən Qail Şifer, “CHARA şəkilləri “Polaris”in səthində zamanla bir-birini əvəz edən böyük parlaq və qaranlıq ləkələri aşkar etdi”.
Tədqiqatçılar bu ləkələrin ulduzun fırlanmasındakı dəyişikliklərlə əlaqəli ola biləcəyini düşünsələr də, qəti bir şey söyləmək hələ tezdir.
Astronomlar “Polaris”i tədqiq etməyə davam etməklə bu ləkələrin arxasındakı prosesi aydınlaşdırmağa ümid edirlər.