Təxminən 50 ildir ki, alimlər cəmi 72 saniyə davam edən bu son dərəcə güclü radiosiqnalın səbəbini anlamağa çalışıblar.
Bəziləri onların digər sivilizasiyalarla ünsiyyət qurmaq istəyən qabaqcıl yadplanetlilər tərəfindən göndərildiyini irəli sürüb.
Bu radio siqnalı hidrogen atomlarının enerji vəziyyəti dəyişdikdə ortaya çıxan təxminən 1420 MHz tezliyə malik hidrogen xəttindən gəlib. Bu tezlikdə hidrogen xəttinin ünsiyyət qurmağa çalışan yadplanetlilərin əlaməti ola biləcəyi düşünülürdü.
“Vau!” siqnalının həm qısamüddətli olması, həm də dar bir radiotezlik diapazonunda aşkarlanması yadplanetli variantını gücləndirib.
Bununla belə, siqnalın yalnız bir dəfə aşkarlanması onun qəsdən göndərilməsi ehtimalını böyük ölçüdə aradan qaldırıb. Bundan əlavə, bəzi alimlər düşünürdülər ki, bir çox ulduzlar bu tezlikdə radio dalğaları yaydıqları üçün yadplanetlilər ünsiyyət üçün bunu seçməyəcəklər.
“Arecibodakı Puerto Riko” Universitetinin astrobioloqu Abel Mendezin rəhbərlik etdiyi araşdırmada, “Vau!” siqnalının hidrogen buludundan və neytron ulduzundan qaynaqlandığı ehtimal edilirdi.
Araşdırma qrupu Arecibo Rəsədxanası daha əvvəllər qeydə alınan məlumatlarda “Vau!” siqnalına oxşar tezlikdə dalğalar tapmağa çalışdı.
Alimlər 12,5 işıq ili uzaqlıqdakı “Teegarden” ulduzunun yaxınlığında əvvəllər aşkar edilmiş 4 siqnal tutdular. Bunlar “Vau!” siqnalı qədər güclü deyildi, lakin tədqiqatçılar onun hələ də sirli hadisəyə dair fikir verə biləcəyini düşünürdülər.
Hələ nəzərdən keçirilməyən və “arXiv preprint” serverində dərc edilən araşdırmaya görə, “Teegarden's Star” yaxınlığındakı siqnallar ulduzlararası mühitdə soyuq hidrogen buluduna bağlıdır.
Tədqiqatçılar 1420 MHz-ə yaxın bir siqnalın hidrogen buludundan keçən maqnitardakı partlayışdan yayılan şüalanma nəticəsində yarana biləcəyini iddia edirlər. Beləliklə, hidrogen xəttindəki sıx işıq uzaqdan “Vau!” kimi görünə bilər!
Neytron ulduzları, supernova partlayışında ulduzların məhvindən sonra ortaya çıxır.
Maqnetarlar güclü rentgen və qamma şüaları ilə tanınır.
Qırmızı cırtdan “Teegarden” ulduzunun sirli siqnalı üzə çıxaracaq qədər güclü bir partlayışa səbəb olması çətin görünür. Lakin buna digər neytron ulduzları səbəb ola bilər.
Méndez araşdırma ilə bağlı aşağıdakı deyib: “2020-ci ilin fevral-may aylarındakı ən son müşahidələri, orijinal “Vau!” siqnaldan daha az intensiv olsa da, hidrogen xəttinə yaxın olan dar zolaqlı siqnalları aşkar etdi.
Yeni araşdırma siqnalın niyə yalnız bir dəfə alındığını da izah edə bilər. Çünki belə bir hadisə çox nadir hallarda baş verir.
Tədqiqat qrupu oxşar müşahidələri tədqiq etməyə davam edərək, “Vau!” siqnalının sirrini tam aydınlaşdırmağa ümid edir.