Vaxt.Az

NATO-dan növbəti zərbə


 

Rusiyalı deputatlar assambleyanın tədbirlərinə buraxılmayacaq

NATO-dan növbəti zərbə NATO-nun Parlament Assambleyası Rusiya parlamenti ilə əməkdaşlığın dayandırılmasına dair qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, müvafiq bəyanatla NATO-nun Parlament Assambleyasının prezidenti Hyu Beyli qurumun Riqada baş tutmuş toplantısından sonra çıxış edib.

Qərar Ukraynadakı hadisələrlə və rusiyalı deputatların bu məsələ ilə əlaqədar mövqeyi ilə bağlıdır. Toplantıda həmçinin Rusiya deputatlarının NATO-nun Parlament Assambleyasının tədbirlərində iştirakına qadağa qoyulmasına qərar verilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl NATO Rusiya ilə hərbi və mülki əməkdaşlığı dayandırdığını bəyan etmişdi.

 





06.04.2014    çap et  çap et