Vaxt.Az

İki virusa yoluxma üsulları fərqlidir


 

DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib

İki virusa yoluxma üsulları fərqlidir Dünya Səhiyyə Təşkilatının (DST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə Direktoru Maria Van Kerkhove bildirib ki, təmas yolu ilə ötürülən Meymun çiçəyi virusu hava yolu ilə keçən “COVİD-19” virusu ilə eyni deyil və bu iki xəstəliklə bağlı proseslər fərqlidir.

Maria Van Kerkhove və DST-nin Afrika Bölgəsində kəskin hadisələrin idarə olunması qrupunun rəhbəri Otim Patrick Ramadan təşkilatın sosial media hesablarında Meymun çiçəyi virusu ilə bağlı dəyərləndirmələr aparıblar.

Meymun çiçəyi virusunun “COVİD-19” ilə eyni olmadığını vurğulayan Kerkhove, “Meymun çiçəyi virusu “COVİD-19” kimi (hava ilə) yayılmır. Buna görə də eyni vəziyyətin koronavirusla də baş vermədiyini görürük. “COVİD-19”a yoluxmuş bir şəxslə təmasda olsanız, Meymun çiçəyi virusuna yoluxa bilərsiniz, lakin bu, hər kəsin virusa yoluxa biləcəyi anlamına gəlmir”, – deyib.

Kerxove bildirib ki, düzgün məlumat və təcrübə ilə Meymun çiçəyi virusunun yayılmasının qarşısını almaq olar.

Meymun çiçəyi virusunun daha əvvəl də müşahidə edildiyini qeyd edən Kerkhove, virusun yayıldığı ölkələrə dəstək olmaq və birgə qlobal səy göstərmək üçün DST-nin virusu beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə halı elan etdiyini xatırladıb.

***

Ramazan, Meymun çiçəyi virusunun hər kəsi təsir edə biləcəyini ifadə edərək, “Hazırda Afrikanın 13 ölkəsində aktiv Meymun çiçəyi virusu halları var. Bu ölkələrdə çox müxtəlif qrupların təsirləndiyini görürük. Böyüklərə nisbətən uşaqlar daha çox yoluxur”, – deyib.

Epidemiyanın geniş şəkildə müşahidə olunduğu Konqo Demokratik Respublikası ilə qonşu Burundidə yoluxma hallarının yüzdə 30-unun 18 yaşdan kiçik insanlarda müşahidə edildiyini bildirən Ramazan bunun narahatlıq doğurduğunu bildirib.

Ramazan, Meymun çiçəyinə qarşı peyvəndin vacib ictimai sağlamlıq vasitəsi olduğunu və lazımi miqdarda peyvəndin Afrikada mövcud olmadığını bildirib.

DST-nin bu mərhələdə Meymun çiçəyinə qarşı MVA-BN və LC16 peyvəndlərinin istifadəsini tövsiyə etdiyini xatırladan Ramazan, risk altında olan və yoluxma riski yüksək olanların məqsədli peyvənd edilməsinin vacibliyinə diqqət çəkdi.

 





22.08.2024    çap et  çap et