Vaxt.Az

İntellektual oğru


 

Romada qarət üçün girdiyi evdə kitab oxuyan şəxs həbs olunub

İntellektual oğru İtaliyanın paytaxtı Romada oğurluq etmək üçün evə girən şəxs kitab oxumağa aludə olduqdan sonra ev sahibinin diqqətinə düşüb. Avqustun 20-də Romanın “Prati” rayonundakı evdə baş verən oğurluq cəhdi İtaliya mətbuatında “İntellektual oğru” başlıqları ilə işıqlandırılıb.

Oğurluq məqsədi ilə evə girən şəxsin ev sahibinin yataq otağında gördüyü kitabı maraq göstərdiyi yataqda oxumağa başlayıb. Az sonra vəziyyəti başa düşən 71 yaşlı qoca ev sahibi polisə zəng edib. Evə gələn təhlükəsizlik qüvvələri oğrunu həbs edib

Bildirilib ki, oğrunun tutulmasına şərait yaradan kitab, Covanni Nuççinin ötənil Homerin “İliada” dastanı əsasında yazdığı “Gli Dei Alle Sei” adlı əsərdir.

Polisə ifadəsində 38 yaşlı oğru oğurluq etdiyini inkar edib: “Görüşüm vardı. Gözləmə zamanı mənzərəyə baxmaq üçün mənzilin terrasına çıxdım. Oradan aşağıda eyvana yıxıldım. Yıxılmağın şokundan ayılmadan buranın yataqxana olduğunu düşündüm və bu məni çox təsirləndirdi”.

Oğrunun bu ifadəsinə baxmayaraq, yaxalanarkən çantasından bəzi dizayner paltarlarının tapıldığı və bunların başqa yerdən oğurladığı əşyalar olduğu və bunun qarət faktı kimi qiymətləndirildiyi bildirilib.

 





22.08.2024    çap et  çap et