ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) verdiyi açıqlamaya görə, intensivliyi "3-cü kateqoriyaya" yüksəldilmiş və qasırğaya çevrilən Qlimanın önümüzdəki bir neçə gün ərzində qurudan uzaqlaşacağı və güclü qasırğa olaraq qalmaqda davam edəcəyi təxmin edilir.
Küləyin sürəti saatda 185 kilometrə çatan Qlima, Meksikanın Aşağı Kaliforniya əyalətinin cənub ucundan təxminən 1649 kilometr cənub-qərbdə hərəkət edir.
Meteoroloqlar Qlima qasırğasının bu gün daha da güclənməsinin mümkün olduğuna diqqət çəkərək, hələlik heç bir xəbərdarlıq qüvvədə olmadığını bildiriblər.
Qilma avqustun 18-də tropik fırtına statusuna yüksəlib və o vaxtdan bəri güclənir.