Vaxt.Az

ABŞ hərbi gəmisi Tayvan boğazından keçib


 

Çin ordusu hərəkəti əvvəldən-axıradək izləyib

ABŞ hərbi gəmisi Tayvan boğazından keçib ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin Tayvan boğazından keçdiyi bildirilib. ABŞ-ın Sakit Okeandakı 7-ci Donanması tərəfindən verilən açıqlamada, “Arleigh Burke” sinifli idarə olunan raket daşıyan “USS Johnson” gəmisinin beynəlxalq hüquqa uyğun olaraq açıq dənizdə naviqasiya və yerüstü uçuş sərbəstliyin olduğu Tayvan boğazında sularından ənənəvi bir keçid etdiyi ifadə edildi”.

Açıqlamada gəminin Boğazla həmsərhəd olan ölkələrin heç birinin ərazi sularında olmayan bir dəhlizdən istifadə etdiyi vurğulanıb və “USS Johnson”un Tayvan boğazından keçməsi ABŞ-ın prinsipcə bütün ölkələr üçün naviqasiya azadlığının qorunması öhdəliyinin bir göstəricisidir”.

“Beynəlxalq cəmiyyətin heç bir üzvü öz hüquq və azadlıqlarından imtina etməyə məcbur edilməməlidir. ABŞ Silahlı Qüvvələri beynəlxalq hüququn icazə verdiyi hər yerdə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”, – bəyanatda deyilir.

Tayvan Boğazının yerləşdiyi bölgəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığının sözçüsü, polkovnik Li Ksi açıqlamasında ABŞ hərbi gəmisinin kurs boyu Çin Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən nəzarətdə saxlanıldığı deyilib: “Onun keçidi əvvəldən axıra qədər izlənilirdi”.

Sözçü Li deyib ki, “qoşunlar həmişə sayıq qalacaq və milli suverenliyi və təhlükəsizliyi, eləcə də regional sülh və sabitliyi qətiyyətlə qoruyacaq”, – deyib.

Tayvan Müdafiə Nazirliyi gəminin keçdiyini təsdiqləyib və boğaz ətrafındakı sularda və hava məkanında “qeyri-adi vəziyyətin müşahidə olunmadığını” bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan “USS Halsey” gəmisi sonuncu dəfə mayın 8-də Tayvan boğazından keçmişdi.

Tayvan adasını öz ərazisi, boğazı isə ərazi suları hesab edən Çin ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki naviqasiya və kəşfiyyat fəaliyyətinə qarşıdır. Bu cür hərəkətlər iki ölkə arasında gərginliyə səbəb olur.

 





22.08.2024    çap et  çap et