Vaxt.Az

Ayı Şamaxı sakinini parçaladı


 

35 yaşlı Hüseynov Sədinin vəziyyəti ağırdır

Ayı Şamaxı sakinini parçaladı Şamaxıda ayı Talışnuru kənd yolunda bir kişini parçalayıb. Şamaxı rayon sakini 35 yaşlı Hüseynov Sədinin ayı hücumuna məruz qalması barəsində «Kanal S» telekanalı xəbər verib.

Sədinin sözlərinə görə, ayı onun qarşısına ani olaraq çıxıb və üzərinə hücum edib. O, bədənin müxtəlif nahiyəsindən xəsarətlər alıb. Ayı onun boyun nahiyəsini parçalayıb. Çətinliklə də olsa da o, ayının əlindən xilas ola bilib.

ANS PRESS-in məlumatına görə, yaxınlarına zəng etməyi bacaran yaralını dərhal ağır vəziyyətdə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırıblar. Zərərçəkənin sözlərinə görə, hadisə zamanı o, Talışnuru kəndindən evlərinə qayıdırmış. Sözü gedən ərazi isə sıx meşəlik olub.

Qeyd edək ki, bənzər hadisə Şamaxıda ikinci dəfədir ki yaşanır. Ötən il isə rayonun Keşmədin kəndinə ayı hücum edib və 2 nəfəri yaralayıb.

 





06.04.2014    çap et  çap et