Vaxt.Az

Əsrin sonunda Avropa cəhənnəmə dönəcək


 

Həddindən artıq istilər səbəbindən ölümlər 5 dəfə artacaq

Əsrin sonunda Avropa cəhənnəmə dönəcək Avropa Birliyi (AB) Komissiyasının Birgə Araşdırma Mərkəzinin (JRC) hazırladığı hesabata görə, 2100-cü ildə Avropada istidən ölüm hallarının bu günə nisbətən 5 dəfə artacağı gözlənilir.

“The Lancet Public Health” jurnalı tərəfindən dərc edilən və iqlim dəyişikliyinin Avropada, xüsusən də 27 birlik ölkəsində, həmçinin Böyük Britaniya, İsveçrə və Norveçdə hava istiliyinə təsirlərini müzakirə edən JRC-nin hesabatı narahatlıq yaradıb.

Avropada ilk dəfə bölgələrə görə ölüm nisbətlərinin təhlilini verən bu araşdırma, qitə səviyyəsində istiliklə bağlı səbəblərdən ölümlərin 2100-cü ildə orta hesabla üç, bəzi yerlərdə isə 5 dəfə artacağını ortaya qoyub.

Hesabatdakı proqnozlara uyğun olaraq, hazırda Avropada hava istiliyinə görə 43 min 729 adam həyatını itirərkən, 2100-cü ildə bu rəqəmin orta hesabla 128 min 809-a yüksələcəyi gözlənilir.

Hesabata görə, 2100-cü ilə qədər havanın temperaturu ilə bağlı ölüm hallarının ilk növbədə Avropanın cənub bölgələrini əhatə edəcək. Qitə ölkələrində İspaniya, İtaliya, Yunanıstan və Malta bu səbəbdən ölümlərin 5 dəfəyə qədər arta biləcəyi bildirilib.

Alınan nümunələrdə İspaniyada hazırda ildə isti havanın səbəbindən 4 min 414 olan ölüm sayının 2100-cü ildə 20 min 194-ə yüksələ biləcəyi qeyd edilib.

Həmçinin xatırladılıb ki, Birləşmiş Millətlər Təşkilatının araşdırmalarında iqlim dəyişikliyinə qarşı heç bir iş görülməzsə, 2100-cü ildə temperaturun bu günə nisbətən 3 Selsi artacağı gözlənilir.

JRC xəbərdarlıq edib ki, ən pis halda 2100-cü ildə temperatur bu günə nisbətən 4 dərəcə Selsi yüksələ bilər və bu halda ölüm halları bugünkü rəqəmlərdən təxminən 9 dəfə çox ola bilər.

Digər tərəfdən, araşdırma həddindən artıq soyuq havanın həddindən artıq isti havadan çox daha ölümcül olacağına diqqət çəkib.

Hesabatda həmçinin vurğulanıb ki, ekspertlər iqlim dəyişikliyini inkar edənlərin həddindən artıq isti və həddindən artıq soyuq havanın və onların yaratdığı ölümləri azalda biləcəyi fikri ilə razı deyillər.

 





22.08.2024    çap et  çap et