Vaxt.Az

Hoteldə yanğın


 

7 nəfər ölüb, 12 yaralı var

Hoteldə yanğın Cənubi Koreyanın “Bucheon” şəhərində 9 mərtəbəli hoteldə naməlum səbəbdən yanğın baş verib. Hoteldə baş verən yanğında 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yanğınsöndürənlər yanğının nəzarət altına alındığını, lakin ölən və yaralananların sayının arta biləcəyini bildiriblər. Yanğınla bağlı araşdırmalara başlanılıb.

***

Səlahiyyətlilər 9 mərtəbəli otelin 8-ci mərtəbəsində baş verən yanğınla bağlı açıqlama verib.

Açıqlamada ölənlərin sayının 7-yə, yaralıların sayının isə 12-yə yüksəldiyi bildirilib. Hoteldə yanğınsöndürən su çiləyicilərinin olmaması səbəbindən yanğının qısa müddət genişləndiyi və tüstünün digər mərtəbələrə də keçdiyi qeyd edilib.

Yanğınsöndürmə səlahiyyətlilərindən olan Li Sanq-don hotelin 2003-cü ildə tikildiyinə və o dövrdə yanğınsöndürmə çiləyici sisteminin məcburi olmadığına diqqət çəkərək, “Hadisə yerinə çatanda tüstü artıq mərtəbələrə dolmuşdu”, – deyib.

Li yanğının başladığı otaqda qalan şəxsin “yanıq qoxusu” şikayəti ilə otağını dəyişdiyini və bu səbəbdən yanğın baş verən zaman otağın boş olduğunu izah edib.

Yanğınsöndürmə rəsmisi Ço Şon-ho bildirib ki, yanğın zamanı 5 nəfər tüstüdən, 2 nəfər isə 8-ci mərtəbədən atılaraq ölüb.

Ço yanğının “elektrik problemi” səbəbindən baş verə biləcəyini və araşdırmanın davam etdiyini bildirib.

 





22.08.2024    çap et  çap et