Vaxt.Az

Türkiyədə körpü çökdü


 

İki qardaşla daha bir nəfər həlak oldu

Türkiyədə körpü çökdü Türkiyədə körpü tikintisi zamanı bədbəxt hadisə baş verib. İstanbulun Bəykoz bölgəsində tikintisi davam etdirilən 3-cü körpüdə qəfildən çökmə hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, tikinti işlərini həyata keçirən 3 fəhlə hadisə yerindəcə can verib. Ölən işçilərdən ikisinin şəxsiyyəti məlum olub. Onlardan ikisinin Yaşar və Lütfi Bulud adlı qardaşlar olduğu bildirilir. Digər qardaş Sonay Bulud isə hadisə zamanı aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilir.

Qəza zamanı həyatını itirən digər işçinin şəxsiyyətini hələ ki müəyyən etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verməsi polis tərəfindən araşdırılır.

 





06.04.2014    çap et  çap et