Polisin verdiyi açıqlamada quldurların iki əyalət sərhədi yaxınlığında iki polis patruluna hücum etdiyi bildirilib. Daxili İşlər Nazirliyi və Baş nazir Şahbaz Şərif hücumu pisləyib və polisə cinayətkarların izinə düşmək və yaxalamaq üçün çevik tədbirlər görməyi tapşırıb.
Daxili İşlər Nazirliyi ölənlərin sayının 11 olduğunu açıqlasa da, polis indiyə qədər 9 nəfərin öldüyünü təsdiqləyə biləcəklərini və daha ətraflı məlumat gözlədiklərini bildirib.
Pakistanda polis və digər hüquq-mühafizə qüvvələri bir çox dəstənin təhlükəsiz sığınacaq kimi istifadə etdiyi sərhəd bölgəsinə nəzarət edə bilmir.