Prezident yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi bəyan edib ki, ötən həftə Türkiyə müdafiə naziri Yaşar Gülərlə iraqlı həmkarı Sabit Məhəmməd əl-Abbasi arasında imzalanan anlaşma memorandumu Türkiyə əsgərlərinin İraq ərazisində mövcudluğunu dayandırmaq məqsədi daşımır.
Mərkəz, “Razılaşma çərçivəsində iki ölkə Bağdadda müştərək təhlükəsizlik koordinasiya mərkəzi və Başikada müştərək təlim mərkəzi quracaq və bu iki mərkəz terror təşkilatlarının dövlətlərin suverenliyinə yönəltdiyi təhdidlərin aradan qaldırılmasını təmin edəcək”.
Türkiyə Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, media orqanları Türkiyə və İraq müdafiə nazirlərinin imzaladığı mətndən fərqli və “real olmayan” anlaşma memorandumu dərc ediblər.
Türkiyə Müdafiə Nazirliyinin müşaviri Zeki Aktürk bildirib ki, iki ölkə terror təşkilatlarına qarşı koordinasiya üçün kəşfiyyat məlumatı mübadiləsi aparacaq.