Əfqanıstanda Taliban rejimi qadınların tanımadığı kişilərə baxmasını, evlərinin kənarında və ya içərisində yüksək səslə danışmasını qadağan edib.
Talibanın yeni dərc etdiyi 114 səhifəlik təlimat siyahısında gündəlik həyatda bir çox məhdudiyyətlər var. Qaydalar arasında “Yetkin qadına yad kişiyə baxmaq qadağandır” maddəsi yer alır.
Qohumları olmayan kişilərin olduğu mühitdə qadınların da danışması qadağan edilirdi və onlardan üzlərini tamamilə örtmələri tələb olunur.
Hətta əfqan qadınlarına kənardan eşitməmək üçün öz evlərində yüksək səslə danışmaq və mahnı oxumaq qadağan edilib.
2021-ci ilin avqustunda yenidən hakimiyyəti ələ keçirən Taliban həm də qadınların və qızların küçəyə çıxmasını və məktəbə tək getməsini məhdudlaşdırıb.