Lakin müharibə davam etdikcə Avropanın ukraynalı mühacirlərə münasibəti dəyişdi.
***
Son vaxtlara qədər Hollandiyaya gələn ukraynalı qaçqınlar Utrextdəki müvəqqəti qaçqınların qəbulu mərkəzinə müraciət edərək daimi yer tapana qədər orada gözləyiblər.
Bu çərçivədə Hollandiya, qaçqın qəbulu mərkəzlərində yer qalmadığını əsas gətirərək, ukraynalı qaçqınlardan özlərinə başqa ölkəyə getmələrini istəyib.
***
Utrext Təhlükəsizlik Zonası ukraynalı qaçqınlara məktub göndərərək, onlardan qalmağa yer tapmağı xahiş edib.
“Əgər bu mümkün deyilsə, şansınızı başqa ölkədə sınamağı tövsiyə edirik”, - məktubda deyilib.
***
Digər tərəfdən, mövzu ilə bağlı danışan Miqrasiya naziri Marjolein Faber, Hollandiyanın artıq yeni qaçqınları qəbul etmək imkanının olmadığını ifadə edərək, “sığınacaq böhranı” elan etdiklərini açıqlayıb.
İfrat sağçı nazirin bu bəyanatı mübahisələrə səbəb oldu, çünki Avropa Biliyi (AB) Komissiyası daha əvvəl Hollandiyaya “möhkəm və sübut edilmiş hüquqi əsaslar olmadan birtərəfli qaydada qaçqın böhranı elan edə bilməyəcəyi” barədə xəbərdarlıq etmişdi.
***
Nazir Faber bir neçə saat sonra hökumət daxilindən gələn xəbərdarlıqlardan sonra sözlərini düzəldib. Qanuni qaçqın böhranının olmadığını deyən hollandiyalı nazir cəmiyyətdə belə bir narahatlığın olduğunu bildirib.