Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən verilən açıqlamada xatırladılıb ki, ən azı 500 sovet vətəndaşının ölümündə günahlandırılan keçmiş nasist əsgəri Hunkanın ekstradisiyası üçün ötən ilin dekabrında Kanada administrasiyasına sorğu göndərilib.
***
Bununla belə, bəyanatda Kanada hakimiyyətinin “cəzanın qaçılmazlığı” prinsipini pozaraq Hunkanı ekstradisiya etməkdən imtina etdiyi qeyd edilib: “Bəzi ölkələrin nasizmə qarşı mübarizə aparmaq istəməməsinə baxmayaraq, baş prokurorluq onun barəsində müsbət qərar ala bilib. Hunka İnterpolun məlumat bazasına daxil edib. Soyqırım müttəhiminin beynəlxalq miqyasda axtarış davam edir”, – deyilir.
Bəyanatda bildirilib ki, Hunkanın hər hansı dövlətin ərazisində olduğu müəyyən olunarsa, Rusiya orqanları ekstradisiya sorğusu göndərəcək.
***
Keçən il sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Kanada İcmalar Palatasındakı çıxışından sonra İcmalar Palatasının sədri Entoni Rota zalda olan 99 yaşlı ukraynalı Yaroslav Hunkanı “müharibə qəhrəmanı” kimi təqdim edib və ona xidmətlərinə görə təşəkkür edib.
Ukrayna prezidenti Zelenski, Kanadanın baş naziri Castin Trüdo və parlament üzvləri tərəfindən alqışlarla qarşılanan Hunkanın İkinci Dünya Müharibəsində nasistlərin tərəfində vuruşduğu üzə çıxdıqdan sonra Rota ağır tənqidlərə məruz qalıb və bu qərardan sonra istefa verib.
Daha sonra Kanadanın baş naziri Trüdo parlamentin iclasında keçmiş nasist əsgər Hunkanın alqışlamalarını “biabırçı” adlandırıb.