Borrell İspaniyada qatıldığı universitetdəki konfransdan sonra jurnalistlərə verdiyi açıqlamada, “Venesuelada seçki nəticələrinin yoxlanılması hələ də baş tutmayıb. Bunun olacağına dair ümidimiz gündən-günə azalır. Seçki qeydləri şəffaf şəkildə yoxlanılmadıqca heç bir tanınma olmayacaq”, – deyib.
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin Xarici İşlər Nazirliyindəki mənbələrə əsaslanaraq verdiyi xəbərdə, hökumətin Venesueladakı seçki qeydləri hərtərəfli yoxlanılmayınca və geniş şəkildə dərc olunmayana qədər seçkinin nəticələrini tanımayacağı bildirilib.
EFE-nin hesabatında qeyd olunub ki, İspaniya hökuməti Venesueladakı seçkilərin nəticələri ilə bağlı tam şəffaflıqda israr edir və "Venesuelalıların dinc nümayiş və siyasi fikirlərini azad şəkildə ifadə etmək hüquqlarına hörmət edilməsinə”, – çağırıb.
Venesuelanın ali məhkəmə orqanı olan Ali Ədliyyə Məhkəməsi bu gün iyulun 28-də ölkədə keçirilən prezident seçkilərində Nikolas Maduronun qalib gəldiyini təsdiqləyən qərarını açıqlayıb.