Vaxt.Az

Çin səddinə dronla yemək sifarişi


 

Zibilləri də yığacaqlar

Çin səddinə dronla yemək sifarişi Böyük Çin səddini ziyarət edən turistlər üçün pilotsuz uçuş aparatları (PUA) vasitəsilə yemək xidməti istifadəyə verilib. Pekində yerləşən Meituan şirkəti tərəfindən həyata keçirilən xidmət çərçivəsində Böyük Səddi ziyarət edənlərə tibbi ləvazimatlar, yemək və içkilər göndərilə bilər.

Paket xidməti Çin səddinin ən çox ziyarət edilən ərazisi olan Pekinin Badaling bölgəsi yaxınlığındakı bir hotelin damından qaldırılan pilotsuz uçuş aparatları vasitəsilə təmin ediləcək.

CNN-in məlumatına görə, bu, Pekində ilk dron çatdırılması xidmətidir.

Paket xidmətinin göstərildiyi ərazidə temperatur yüksəkdir və turistlər üçün əlçatan hər hansı bir obyekt yoxdur. Meituandan olan Yan Yan xidmət haqqında bunları, “Pilotsuz uçuş aparatları sayəsində 50 dəqiqəlik piyada məsafəni 5 dəqiqəyə səyahətlər edə, ziyarətçilərə yemək və təcili yardım çatdıra bilərik”, – deyib.

Turistlərin sifarişləri Meituan işçisi tərəfindən ən yaxın restoran və ya aptekdən götürülür və hotelə gətirilir. Məhsullar daha sonra damda gözləyən dronlara yerləşdirilir və Çin səddində gözləyən başqa bir işçiyə göndərilir. Sifariş buradan müştəriyə çatdırılır.

Mülayim külək və yağışda uça bilən dronlar 2,3 kiloqrama qədər yük daşıya bilir.

Saat 10.00-dan 16.00-a qədər göstərilən dron xidmətinin çatdırılma haqqı 4 Çin Yuanı (təxminən 10 manat) təşkil edir.

Bundan əlavə, dronlar göndərilən qablaşdırılmış yeməklərin və yardım materiallarının zibillərini toplayaraq təkrar emal məntəqələrinə aparacaq.

Çin Səddində xidmətə başlayan Meituan, ölkənin müxtəlif şəhərlərində 30 dron işlədir.

 





23.08.2024    çap et  çap et