Vaxt.Az

Körpəyə şirə əvəzinə alkoqol verilirdi


 

Qandakı spirtin miqdarı Kaliforniyada sürücülük limitindən təxminən iki dəfə çox olub

Körpəyə şirə əvəzinə alkoqol verilirdi ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin Salinas rayonunda bir ailə yapon restoranına yeməyə gedib. Ailə yeməyini yeyərkən iki yaşlı qızının nizamsız hərəkətlər göstərməyə başladığını görüblər.

Ana Noemi Valensiya həmin anları “səndəlləyirdi, yıxılırdı, divara söykənirdi, başını dik tuta bilmirdi, sözlərini qırıq-qırıq deyirdi”, – deyərək hadisəni təsvir edib.

Valensiya qapaqlı şirə şüşəsinə baxanda qəhvəyi-qırmızı maye gördü. Ana mayeni qoxulayanda dərhal onun spirt olduğunu anladı.

Noemi və həyat yoldaşı dərhal uşağı təcili yardım otağına aparıblar. Analizlər göstərib ki, uşağın qanında 0,12 faiz spirt var. Bu faiz ştatda böyüklər üçün qanuni sürücülük limitindən təxminən iki dəfə çoxdur.

Restoranın meneceri bildirib ki, ofisiant oğlana səhvən “alma suyu” əvəzinə şərab verib.

Uşaq özünə gələndən sonra ana ofisiantları “uşaqlara verilən yeməkləri dadmağa” çağırıb.

Kaliforniya Alkoqollu İçkilərə Nəzarət Agentliyi hadisə ilə bağlı xəbərlərdən məlumatlı olduğunu və hadisəni araşdırmaq üçün yerli hakimiyyət orqanları ilə birlikdə işlədiyini bildirib.

 





23.08.2024    çap et  çap et