Vaxt.Az

Polis zabiti güllələnib


 

İranda daha bir yüksək vəzifəli məmura sui-qəsd

Polis zabiti güllələnib İranda yüksək rütbəli bir polis məmuru evinin yaxınlığında silahlı hücum nəticəsində öldürülüb. Ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Xaş rayonunda naməlum şəxslərin silahlı hücumu nəticəsində yüksək polis zabiti Hüseyn Əli Piri güllələnib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xaş rayonunda Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin müdiri və Həşiş polisinin rəis müavini olan Piri cümə namazından sonra evinin yaxınlığında silahla hücuma məruz qalıb.

Pirinin missiya zamanı mülki geyimdə olduğu və missiyanı başa vurduqdan sonra hücuma məruz qalaraq vəfat etdiyi açıqlanıb.

Hadisə ilə bağlı başqa təfərrüatlar hələlik verilməyib.

Pakistanda “Ceyş əl-Ədl” adlı silahlı qrup vaxtaşırı İranla sərhəddəki Sistan-Bəlucistan bölgəsində hücumlar təşkil edir.

 





23.08.2024    çap et  çap et