Afrika, Cənubi Asiya və Avstraliyada yaşayan pitonlar inək və maral kimi heyvanları bir anda yeməsi ilə tanınırlar. Ümumiyyətlə yemək tapmaq çətin olan yerlərdə yaşayan bu ilanlar bəzən günlərlə yemirlər.
Pitonların qidalanma vərdişləri uzun müddətdir öyrənilsə də, onların ürəklərinin necə dözdüyü barədə çox şey məlum deyildi.
Kolorado Boulder Universitetindən Lesli Linuand deyir: “Piton aylar və hətta bir il vəhşi təbiətdə yemək yemədən yaşaya bilər və sonra bədən kütləsindən daha böyük bir şey istehlak edə bilər. Bu onun orqanizminə də heç bir mənfi təsir göstərməz”.
Linuand və həmkarları bunun arxasındakı mexanizmi ortaya çıxarmaq üçün kral pitonunun (Python regius) ürəyini araşdırıblar.
Avqustun 19-da “PNAS” jurnalında dərc edilən araşdırma çərçivəsində 28 gün ərzində yeməmiş pitonların bəziləri bədən kütlələrinin yüzdə 25-i qədər siçanlarla qidalanıb. Bir qrup pitonsa heç qidalanmayıb.
Məlum olub ki, siçon yeyənlərin ürəkləri 24 saat ərzində 25 faiz böyüyür.
Bundan əlavə, ürəyin büzülməsini və rahatlamasını təmin edən filamentlərin xeyli yumşaldığı və təxminən yüzdə 50 daha çox güclə büzüldüyü müşahidə edilib. Miofibrillər adlanan bu filamentlər ac pitonlara nisbətən daha az gərgin idi.
Məlum olub ki, piton yemək eyni dövrdə bəzi gen ifadələrini dəyişdirərək maddələr mübadiləsini sürətləndirib.
Alimlər müəyyən ediblər ki, ilan təxminən iki həftədən sonra yeməyi tamamilə həzm etdikdən sonra bütün orqanlar normal vəziyyətə qayıdıb və yalnız ürək əvvəlkindən bir qədər böyük qalıb.
“Popular Science”a danışan Linuand, “Onların özlərinə zərər vermədən uzun müddət ac qala bilmələri və bu böyük yeməkləri fasilələrlə istehlak etmələri onların sağ qalmaları üçün çox vacibdir”, – deyib.
Belə bir həyat tərzinə uyğunlaşmaq üçün cavablardan biri budur ki, bədənlərindəki demək olar ki, bütün orqanlar bu şəkildə yeməkdən sonra ilk həftə ərzində çox böyüyür və qida istehlak edildikdən sonra orqanlar ac qaldığı müddətdəki ölçüsündən bir qədər böyük olur.
Yeni araşdırmalar göstərir ki, pitonların stressə məruz qalacağı gözlənilən vəziyyətlərdə ürək sərtləşmir. Yeməklərini həzm edərkən bunu necə ötüşdürkləri dəqiq başa düşmək, ürək toxumasında sərtləşmə və ya qalınlaşma yaşayan insanlar üçün müalicəyə səbəb ola bilər.
Linuand, “Əgər biz pitonların ürəyində bu sağlam prosesi həyata keçirən bioloji mexanizmi tətbiq edə bilsək, ürək xəstələrinə çox kömək edə bilərik”.
Dünyada xəstəliklərin daha yaxşı başa düşülməsinə və müalicəsinə səbəb ola biləcək bir çox maraqlı bioloji proseslər var.