Vuppertal polisinin sözçüsü Alexander Kresta jurnalistlərə bildirib ki, yerli vaxtla saat 21.37-də bir çox şahid polis bölməsinə zəng edərək bir nəfərin insanlara bıçaqla hücum etdiyini bildirib.
Polis sözçüsü hücumçunun axtarıldığını, təcavüzkar haqqında çox məlumatlarının olmadığını, əksəriyyətinin şokda olan şahidləri dinləyərək təcavüzkarla bağlı məlumatların əldə ediləcəyini də qeyd edib. DPA xəbər agentliyinin məlumatına görə, ağır yaralananların sayı 5-ə yüksəlib.
Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Reul – “Ölənlərdən 1-i qadındır”, – deyib.
Hadisə yerinə baxış keçirən Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər rəsmisi Herbert Reul açıqlamasında çox pis hadisənin baş verdiyini bildirib.
Fikirlərinin həlak olanların yaxınları və yaralılarla olduğunu deyən Reul, ağır yaralananların indi sağalmaları üçün dua edilə biləcəyini bildirdi.
Təcavüzkarın səbəbsiz yerə təsadüfi insanları bıçaqlayaraq öldürdüyünü ifadə edən Reul, “Niyə, nə üçün, nəyə görə? Heç kim bilmir. Hazırda motivasiya və şəxs haqqında heç nə deyə bilmərik, onun kim olduğu belə məlum deyil”, – deyib.
Reul polisin təhqiqat apardığını bildirdi və spekulyasiyaya yer verməməsini istəyib.
Şübhəlinin insanlara birbaşa hücum etdiyini, bədənin öldürücü nahiyələrini hədəf aldığını və sonra yoxa çıxdığını ifadə edən Reul, “Fərziyyə etməmək üçün diqqətli olmalıyıq. İndi bilirik ki, bunu bir adam edib. Daha heç nə bilmirik. Biz onun haradan gəldiyini, nə dediyini, niyə belə etdiyini bilmirik”, – deyib.
“Solinger Tageblatt” qəzetinin məlumatına görə, hücum şəhərin 650 illiyi münasibətilə keçirilən festivalda baş verib. Xəbərdə bildirilib ki, hücumdan sonra polis əhalidən şəhər mərkəzini tərk etməyi tələb edib.
Şəhər bələdiyyəsindən verilən açıqlamada, adı “Müxtəliflik festivalı” olan və 25 avqust bazar gününə qədər davam etməsi planlaşdırılan festivalda 24-25 avqust tarixlərində keçiriləcək tədbirlərin ləğv edildiyi bildirilib.