Namibiyanın Ətraf Mühit, Meşəçilik və Turizm Naziri Pohamba Şifeta mətbuata verdiyi açıqlamada, təzyiqi azaltmaq üçün quraqlıqdan əziyyət çəkən ölkədə 83 fil, 30 begemot və 300 zebra daxil olmaqla 700-dən çox heyvanın ovlancağını bildirib. Bununla da qıtlıq təhlükəsi altında olan insanlara qida qaynağı təmin edəcəyini vurğulanıb.
Şifeta quraqlığın Namibiyanın su ehtiyatlarını qurutduğuna, qıt mənbələrdən istifadənin heyvanlar arasında rəqabətə səbəb olduğuna və bu rəqabətin bəzi növlərin sağ qalmasına təhlükə yaratdığına diqqət çəkib.
Bu qərarın diqqətli bir qiymətləndirmə prosesindən sonra alındığını bildirən Şifeta, bu qərarın həyata keçirilməsinin böhranın qarşısını almaq üçün həyati əhəmiyyət daşıdığını vurğuladı.